Superkubok Qətərdə

Superkubok Qətərdə
İtaliya Superkuboku uğrunda oyun ölkə ərazisində keçirilməyəcək. Fanat.az xəbər verir ki, "Yuventus"la "Napoli" arasında oynanılacaq matç Qətərdə baş tutacaq.
FIFA-nın rəsmi saytının yaydığı xəbərə görə, qarşılaşma dekabrın 22-də 2022-ci ildə dünya çempionatının təşkil olunacağı Qətərdə keçiriləcək. Matçın baş tutacağı stadion hələ bəlli deyil.
Qeyd edək ki, İtaliya Superkuboku 2009-cu ildə Liviyada, 2011-də ABŞ-da, 2012-də Çində keçirilmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər