Superkubok oyununa hakim təyinatları

Superkubok oyununa hakim təyinatları
UEFA Superkubokunda "Bavariya" və "Sevilya" arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Entoni Teylora həmyerliləri Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.
Qeyd edək ki, UEFA Superkuboku sentyabrın 24-ü Budapeştdə keçiriləcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər