Türkiyə Superkuboku oyununun harada keçiriləcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının prezidenti Nihat Özdemir məlumat verib.
O, "beİN Sports”a açıqlamasında Superliqanın qalibi olan "Başakşəhər”lə kubokun sahibi "Trabzonspor” arasında matçın Qətərdə keçiriləcəyini bildirib. Qazanan tərəf isə Qətər Superkubokunun qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Türkiyə Superkubokunun tarixi hələlik açıqlanmayıb.
Fanat.Az