Portuqaliya Superkuboku uğrunda görüş keçirilməyəcək.
Fanat.Az Portuqaliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən həlledici oyun baş tutmayacaq. Superkubok uğrunda matçda "Portu" və "Benfika" üz-üzə gəlməli idi.
Portuqaliya Kubokunun finalının taleyinə də aydınlıq gəlib. Federasiyasının qərarına əsasən turnirin qalibi avqustun 1-də müəyyənləşəcək.
Fanat.Az