Superliqaya yüksələn daha bir klub bəlli oldu

Superliqaya yüksələn daha bir klub bəlli oldu
Türkiyə Superliqasının növbəti mövsümünə vəsiqə qazanan iki komandanın adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, ötən gün TFF 1-ci liqada 2020/21 mövsümünə yekun vurulub.
 
Sonuncu – 34-cü turun görüşlərindən sonra "Adana Demirspor"la "Giresunspor" bir və ikinci yerləri tutmaqla Superliqaya vəsiqə qazanıb. Maraqlıdır ki, bu iki komanda ilə yanaşı, "Samsunspor"un da hesabında 70 xal var. Lakin bu komandaların öz aralarındakı oyunlarda "Adana Demirspor" daha üstün olduğu üçün çempion olub. "Giresunspor" isə ikinci yeri tutub.
"Adana Demirspor" 26 illik fasilədən sonra Superliqaya yüksəlib. Sözügedən komanda daha öncə 1972/73, 1986/87, 1990/91 və 1993/94 mövsümlərində elitaya vəsiqə qazanmağı bacarmışdı. Bu komandanın baş məşqçisi Samet Aybaba isə üçüncü dəfə Superliqaya klub çıxarır. O, 1996/97 mövsümündə "Kayserispor"u, 2016/17 mövsümündə isə "Sivasspor"u elitaya çıxarmışdı.
"Giresunspor" isə 1970/71 mövsümündən etibarən vəsiqə qazandığı Superliqada 6 mövsüm keçirəndən sonra 1976/77 mövsümündə TFF 1-ci liqaya düşmüşdü.
Superliqaya yüksələcək üçüncü və sonuncu komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək. Sonuncu vəsiqə uğrunda 70 xalla üçüncü olan "Samsunspor", eləcə də "İstanbulspor" (64), "Altay" (63) və "Altınordu" (60) mübarizə aparacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər