Super Liqaya vəsiqə qazanan ilk klub bəlli oldu

Super Liqaya vəsiqə qazanan ilk klub bəlli oldu

Türkiyənin “Samsunspor” komandası uzun fasilədən sonra yenidən Super Liqaya vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 1-ci liqada mövsümün başa çatmasına 6 tur qalmış elitaya vəsiqəni təmin edib.

Buna liderin əsas izləyicisi olan “Eyüpspor”un doğma meydanda “Gənclərbirliyi”nə 0:2 hesabıyla uduzması şərait yaradıb.

Qaradəniz təmsilçisi cari mövsümdə keçirdiyi 31 oyunda 19 qələbə qazanıb, 9 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. 20 oyunluq məğlubiyyətsiz seriyaya malik komandada 66 xalla vahid liderdir.

Xatırladaq ki, “Samsunspor” sonuncu dəfə 2011/12 mövsümündə Super Liqada mübarizə aparıb. Bir sözlə, bu komanda 11 illik fasilədən sonra yenidən Super Liqada çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər