Super Liqanın yayım hüququ satıldı – 590 milyon dollara

Super Liqanın yayım hüququ satıldı – 590 milyon dollara

Futbol üzrə Türkiyə Super Liqasının 2017-ci ildən yayım hüququna sahib olacaq şirkət bəlli olub.

Fanat.Az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən tenderin qalibi 590 milyon dollar təklif edən "Digiturk" şirkəti olub. Həmin məbləğin 500 milyon dolları federasiyaya, 90 milyonu isə ƏDV olaraq ödəniləck.

Bununla da, şirkət Super Liqa və 1-ci liqanın qarşıdakı 5 mövsümünün (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022) yayımı hüququna sahib çıxıb.

 Qeyd edək ki, "Digiturk"  2010-cu ildə keçirilmiş 321 milyon dollar ödəyərək tenderin qalibi olmuşdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər