İsveçrə Super Liqasının qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Bazel" sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.
Komanda XXXI turda "Sion"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Bununla da "Bazel" ən yaxın izləyicisi "Yanq Boyz"la 16 xallıq fərqi qoruyub və çempionğunu rəsmiləşdirib.
Ardıcıl 7-ci sövsümdə qızıl medallara sahib çıxan "Bazel" ümumilikdə 19-cu dəfə çempion olub.
Fanat.az