Super Liqanın lideri ciddi itki ilə üzləşdi

Super Liqanın lideri ciddi itki ilə üzləşdi

“Fənərbaxça”nın aparıcı futbolçusu sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, o, bir aydan çox komandasına kömək edə bilməyəcək.

Braziliyalı yarımmüdafiəçi Super Liqanın 21-ci turunda “Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib. Tibbi müayinədən keçən 30 yaşlı futbolçuda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Fred cari mövsümdə 21 oyuna çıxıb, 6 məhsuldar ötürmə verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər