Türkiyə Super Liqasında ilk yarının ən yaxşı "11-liy"i müəyyənləşib. Fanat.az xəbər verir ki, ajansspor.com saytının hazırladığı siyahıda "Fənərbaxça" üstünlüyü var.
Qış çempionunun 4 üzvü ən yaxşı komandaya düşüb. "Qalatasaray" və "Sivasspor"dan iki futbolçu "11-lik"də yer alıb. "Trabzonspor", "Beşiktaş" və "Kasımpaşa"nın bir üzvü fərqlənib.
Onur Kıvrak (Trabzonspor), Çiçinyo (Sivasspor), Tomas Sivok (Beşiktaş), Egemen Korkmaz (Fənərbaxça), Caner Erkin (Fənərbaxça), Aatif Çaheçuhe (Sivasspor), Mehmet Topal (Fənərbaxça), Felipe Melo (Qalatasaray), Ezekuel Skarione (Kasımpaşa), Mussa Sov (Fənərbaxça), Didye Droqba (Qalatasaray).
Fanat.az