Super Liqanın 6-cı turunda 5-ci baş məşqçi istefası

Super Liqanın 6-cı turunda 5-ci baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Fanat.Az xəbər verir ki, "Karabükspor"un baş məşqçisi Erkan Sözeri postunu tərk etdiyini açıqlayıb.

O, bu barədə bu gün "Yeni Malatyaspor"a 2:4 hesabı ilə yenildikləri matçdan sonra açıqlama verib: "Komandaya daha çox zərər vermək istəmirəm. Prezidentlə görüşüb komandadan gedəcəm".

Qeyd edək ki, bu 6 turdan sonra Super Liqada 5-ci baş məşqçi istefasıdı. Bundan əvvəl Ertuğrul Sağlam "Yeni Malatayaspor"dan, Ümit Özat "Gənclərbirliyi"ndən, Bülent Uyğun "Osmanlıspor"dan, Rza Çalımbay "Antalyaspor"dan istefa vermişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər