Türkiyə Super Liqasını tərk edəcək ilk klubun adına aydınlıq gəlib.
Fanat.az xəbər verir ki, cari mövsümü uğursuz keçirən "Mersin İdman Yurdu" növbəti çempionatda PTT 1-ci Liqada mübarizə aparacaq.
Mersin təmsilçisinin aşağı liqaya yuvarlanması XXXI turda "Rizəspor"a 0:2 hesabı ilə uduzmasından sonra reallaşıb.
Fanat.az