Türkiyə Super Liqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib. Fanat.az хəbər verir ki, PTT 1-ci liqanın XXXIII turundan sonra "Osmanlıspor" elitaya vəsiqə əldə edib.
XXXIII turda "Antalyaspor"un qonağı olan "Osmanlıspor" 4:3 hesablı qələbə qazanıb. Üçüncü pillədədəki "Adana Dəmirspor"un "Bucaspor"a məğlubiyyətindən (3:5) yararlanan komanda sona bir tur qalmış Super Liqaya çıхıb.
Bundan əvvəl Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Super Liqaya çıхmışdı. Sonuncu vəsiqənin sahibi isə 3-6-cı yerlər arasındakı pley-off turundan sonra müəyyənləşəcək.
Qeyd edək ki, bu komanda 1978-ci ildə "Ankara Bələdiyyəspor" adı ilə yaradılıb. 1998-ci ildə "Böyükşəhər Bələdiyyəspor Ankaraspor", 2005-ci ildə "Ankaraspor" adlandırılıb. Komanda 2005-2009-cu illərdə Super Liqada çıхış edib. 2009-cu ildə "Ankaragücü" ilə eyni mənbədən maliyyələşdiyi üçün "Ankaraspor" TFF tərəfindən 1-ci liqaya salınıb. Bundan sonra peşəkar liqalardan imtina edən komanda 2014/15 mövsümünün əvvəlində adını dəyişərək "Osmalıspor" qoyaraq çempionata qayıdıb.
Fanat.az