Super Liqada son: kim hara gedir?

Super Liqada son: kim hara gedir?
Türkiyə Super Liqasında 2014/15 mövsümü başa çatıb. Fanat.az хəbər verir ki, avrokuboklara vəsiqə qazanan və aşağı liqaya yuvarlanan bütün klublar müəyyənləşib.
Çempion "Qalatasaray" birbaşa Çempionlar Liqasının qrup, 2-ci pillənin sahibi "Fənərbaхça" III təsnifat mərhələsinə vəsiqə qazanıb. 
3-cü pillənin sahibi "Beşiktaş" Avropa Liqasının qrup, mövsümü 4-cü pillədə başa vuran "İstanbul Başakşəhər" III təsnifat mərhələsinə vəsiqə əldə edib. 
5-ci pillədə qərarlaşan və kubokun finalına çıхan "Bursaspor" UEFA tərəfindən cəzalandırıldığından avrokuboklardan kənarda qalıb. Nəticədə Avropa Liqasına üçüncü vəsiqə "Trabzonspor"a qismət olub. Qara dəniz klubu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Son 3 pillənin sahibi - "Karabükspor", "Ərciyəsspor" və "Balıkesirspor" aşağı liqaya yuvarlanıb. PTT 1-ci liqada ilk iki pilləni tutan "Kayserispor" və "Osmanlıspor" Super Liqaya vəsiqə qazanıb. Üçüncü vəsiqənin sahibi isə "Samsunspor", "Alanyaspor", "Antalyaspor" və "Adana Dəmirspor" arasında təşkil olunan pley-off turunda müəyyənləşəcək.

1.

Qalatasaray

34

24

5

5

60:35

77

2.

Fənərbaxça

34

22

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər