Super Liqada qan töküldü - FOTOLAR

Super Liqada qan töküldü - FOTOLAR
Türkiyə Super Liqasının hesabat turunda oynanılan "Eskişəhərspor" - "Başakşəhər" (1:2) matçından sonra xoşagəlməz hadisələr yaşanıb. 
Fanat.az xəbər verir ki, qarşılaşmanın final fitindən sonra meydan sahibinin azarkeşləri klub prezidenti Məsut Hoşcanı istefaya səsləyib.
Hoşcan isə stadionu tərk edib. Nəticədə azarkeşlər oturacaqları sökərək, tribunanı yandırıblar. Bunun ardınca fanatlar meydançaya girib. Polis yalnız 2 saatdan sonra onları hadisə yerindən uzaqlaşdıra bilər.
Qeyd edək ki, Əskişəhər təmsilçisi Super Liqanı tərk etmək təhlükəsi ilə üzləşib.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər