Türkiyə Super Liqasında 2016/17 mövsümünə yekun vurulub. Fanat.Az xəbər verir ki, son turda bürünc medalın sahibi və aşağı liqaya yuvarlanan son komanda müəyyənləşib.
Üçüncülük uğrunda mübarizə aparan "Fənərbaxça" səfərdə "Adanaspor"u 3:1, "Qalatasaray" evdə "Konyaspor"u 2:1 hesabı ilə yenib. Nəticədə "Fənərbaxça" bürünc medallara sahib çıxıb.
Bu turadək 15-ci pilləni tutan "Bursaspor" "Trabzonspor"un qonağı olub, "Çaykur Rizəspor" "Alanyaspor"u qəbul edib. Bursalılar 2:1, rizəlilər 1:0 hesablı qələbə qazanıb. Nəticələ "Bursaspor" Super Liqada qalıb, "Çaykur Rizəspor" 1-ci liqaya yuvarlanıb.
Mövsümün yekunlarına əsasən çempion "Beşiktaş" Çempionlar Liqasının qrup, gümüş medalçı "Başakşəhər" 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bürünc medalları qazanan "Fənərbaxça" Avropa Liqasında mübarizəyə 3-cü, 4-cü pillənin sahibi "Qalatasaray" 2-ci təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibi "Konyaspor" isə birbaşa qrup mərhələsində mübarizə aparacaq.
Son 3 pillənin sahibi "Çaykur Rizəspor", "Qaziantepspor" və "Adanaspor" gələn mövsüm PTT 1-ci liqada çıxış edəcək. Aşağı liqadan isə "Sivasspor" və "Yeni Malatyaspor" artıq Super Liqaya vəsiqə qazanıb. Son vəsiqənin sahibi "Eskişəhərspor"la "Göztəpə" arasındakı "pley-off"un final matçında müəyyənləşəcək.
Mövsümün bombardiri "Alanyaspor"dan Vaqner Love olub. Braziliyalı 23 qol vurub. "Beşiktaş"lı Cenk Tosun 20, "Antalyaspor"lu Samuel Eto 18 dəfə fərqlənib.
Super Liqa
2016/17 mövsümü
XXXIV tur
2 iyun
Akhisar Bələdiyyəspor - Karabükspor 2:3
Qollar: Sokol Çikalleşi, 9. Rikardo Vaz Te, 82-pen - Ermin Zets, 48; 58; 76-pen.
Gənclərbirliyi - Kasımpaşa 1:0
Qol: Vedat Muriqi, 45.
Antalyaspor - Qaziantepspor 4:1
Qollar: Jean-Armel Drole, 20; 56. Zeki Yıldırım, 43. Samuel Eto, 71 - Serkan Bakan, 28.
3 iyun
Kayserispor - Başakşəhər 0:1
Qol: Bekir İrtegün, 70.
Adanaspor - Fənərbaxça 1:3
Qollar: Vladimir Koman, 6 - Jozef de Souza, 9. Aatif, 22. Emmanuel Emenike, 90+1.
Beşiktaş - Osmanlıspor 4:0
Qollar: Cenk Tosun, 16; 89. Duşko Toşiç, 31. Vinsent Abubakar, 73.
Qalatasaray - Konyaspor 2:1
Qollar: Sinan Gümüş, 34; 77 - Selim Ay, 63.
Çaykur Rizəspor - Alanyaspor 1:0
Qol: Süleyman Koç, 45-pen.
Trabzonspor - Bursaspor 1:2
Qollar: Hüqo Rodallega, 55 - Kristobal Yorquera, 61. Pablo Batalla, 69.
1. Beşiktaş34238373:3077
2. Başakşəhər342110363:2873
3. Fənərbaxça341810660:3264
4. Qalatasaray342041065:4064
5. Antalyaspor341771047:4058
6. Trabzonspor341491139:3451
7. A.Bələdiyyəspor341461446:4248
8. Gənclərbirliyi3412101233:3446
9. Konyaspor3411101340:4543
10. Kasımpaşa341271546:5043
11. Karabükspor341271538:4843
12. Alanyaspor341241854:6540
13. Osmanlıspor349111437:4538
14. Bursaspor341151834:5838
15. Kayserispor341081647:5838
16. Ç.Rizəspor341061844:5336
17. Qaziantepspor34752230:6526
18. Adanaspor34672133:6225
Fanat.Az