Super Liqada mövsüm bitdi: Balotellidən penta-trik

Super Liqada mövsüm bitdi: Balotellidən penta-trik

Futbol üzrə Türkiyə Super Liqasında 2021/22 mövsümünə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə dörd matç keçirilib.

“Hatayspor” öz meydanında “Girəsunspor”u, “Adana Dəmirspor” isə “Göztəpə”ni böyük hesabla məğlub edib. Adanalıların forvardı Mario Balotelli 7:0 hesablı darmadağınla bitən qarşılaşmada penta-triklə yadda qalıb. 

“Fatih Karagümruk”ün qonağı olan “Alanyaspor” son matçda minimal hesabla üstün olub.

Çempionluğu vaxtından əvvəl təmin edən “Trabzonspor” səfərdə “Başakşehir”ə uduzub.

Beləliklə, mövsümün yekunlarına görə, çempion “Trabzonspor” və ikinci pilləni tutan “Fənərbağça” UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Uyğun olaraq 3 və 4-cü pillələrdə yer alan “Konyaspor”la “Başakşehir” isə Türkiyəni Avropa Konfrans Liqasında təmsil edəcək.

Uğursuz mövsüm keçirən “Beşiktaş” 59 xalla 6-cı, “Qalatasaray” isə 52 xalla 13-cü olub.

Son dörd pillədə qərarlaşan “Rizəspor” (36 xal), “Altay” (34), “Göztəpə” (28) və “Yeni Malatyaspor” (20) Super Liqa ilə vidalaşıb.

Türkiyə Super Liqası 38-ci tur

22 may

Başakşehir – Trabzonspor 3:1 Qollar: Okaka, 11. Epureanu, 31. Gürler, 42 – Nvakaeme, 59.

Fatih Karagümruk – Alanyaspor 0:1 Qol: Karaca, 37.

Hatayspor – Girəsunspor 4:1 Qollar: El Kaabi, 44; 81. Özgür, 55. Kahraba, 66 – Bilazer, 24.

Adana Dəmirspor – Göztəpə 7:0 Qollar: Cankaya, 25-öz qapısına. Balotelli, 33; 36; 44; 62; 70. Öztümər, 45.

21 may

Altay - Kasımpaşa 2:4 Qollar: Öztürk, 45+1,  Kappel, 80, pen. - Eysserik, 35, 50, Bozok, 42, 63. 

Sivasspor - Kayserispor 2:1 Qollar: Feliks, 21, Kesqin, 64 - Kardoso, 56. 

Beşiktaş - Konyaspor 1:1 Qollar: Karaman, 90+1 - Rahmanoviç, 42. 

Yeni Malatyaspor - Fənərbağça 0:5 Qollar: Dursun, 32, Əziz, 57, Kahveci, 75, Valensiya, 77, 89. 

20 may

Antalyaspor - Qalatasaray 1:1 Qollar: Alassane Ndao, 45 -  Mustafa Məhəmməd, 77.

Qaziantep - Rizespor 2:0 Qollar: Luka Stankovski, 41,  Aleksandru Maksim, 58.

Super Liqada mövsüm bitdi: Balotellidən penta-trik

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər