Super Liqada mübarizəni dayandıran klubda daha bir ayrılıq

Super Liqada mübarizəni dayandıran klubda daha bir ayrılıq

Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilən “Hatayspor”u daha bir legioner tərk edib.

Fanat.Az xəbər verir ki, Mərakeş yığmasının hücumçusu Ayub Əl-Kaabi Qətərin “Əl-Sədd” klubuna keçib.

29 yaşlı forvard yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.

Əl-Kaabi 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da 55 oyuna 26 qol vurub. O, daha öncə “Vidad” (Kasablanka) və “Hebey” kimi klublarda da forma geyinib, Mərakeş yığmasında 36 oyuna 20 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər