Super Liqada ilk yarı bitdi: "Fənər" 1-də, "Cim-Bom" 2-də

Super Liqada ilk yarı bitdi: "Fənər" 1-də, "Cim-Bom" 2-də
Türkiyə Super Liqasında ilk dövrəyə yekun vurulub. Fanat.az xəbər verir ki, XVII turun son oyunları ötən axşam keçirilib.
Qış çempionluğunu bir neçə tur əvvəl elan edən "Fənərbaxça" fasiləyə 41 xalla gedib. "Sarı-lacivərdlilər" son turda doğma azarkeşləri önündə "Kayserispor"u darmadağın edib. İndi "Fənər" ən yaxın izləyicisini 8 xal qabaqlayaraq çempionluğun əsas favoriti hesab olunur.
Mövsümün əvvəlində uğursuz çıxış edən "Qalatasaray" son oyunlarda daha yaxşı oynayaraqn vəziyyətini düzəldib. Turnir cədvəlinin orta pillələrinə düşən son iki ilin çempionu 2013-cü ili ikinci yerdə başa vurub. Son turda səfərdə "Erciyəsspor"u 3:1 hesabı ilə yenən "Cim-Bom" "Fənərbaxça" ilə 11 xala yüksələn fərqi 8-ə endirə bilib.
Bu mövsüm iddialı çıxış edən "Kasımpaşa" son turda evdə "Akhisar Bələdiyyəspor"a yenilərək ikinci pillədən üçüncü yerə enib. Aktivində 31 xal olan Rəcəb Tayyib Ərdoğanın doğma komandası liderdən 10 xal geri qalır.
"Beşiktaş" qeyri-stabil çıxışını davam etdirir. Son turda "Gənclərbirliyi"nə yenilən "Qara Qartallar" fasiləyə 4-cü pillədə yollanıb. İstanbul təmsilçisinin aktivində 29 xal var və zirvədən 12 xal geri qalır.
İlk "beşliyi" millimizin üzvü Cihan Özkaranın forma geyindiyi "Sivasspor" qapayır. Roberto Karlosun rəhbərlik etdiyi komanda 17 turda aktivinə 29 xal yazıb və "Beşiktaş"dan top fərqinə görə geri qalır.
Ölkənin 4 böyük klubundan biri olan "Trabzonspor" isə Avropadakı uğurlu çıxışını Super Liqada davam etdirə bilmir. Bunun nəticəsidi ki, Qara dəniz təmsilçisi ilk dövrədə 27 xal toplayıb və top fərpqində "Eskişəhərspor"dan geri qalaraq 7-ci pilləni tutur.
4 böyükdən başqa Türkiyə çempionu olmuş yeganə komanda "Bursaspor" da uğursuz çıxış edir. Bursa təmsilçisi ilk dövrədə cəmi 24 xal toplaya bilib. Komanda qış fasiləsinə 10-cu pillədə yollanıb.
Təhlükəli zonada həmişəki kimi Anadolu klubları yer alıb. 13 xalı olan "Elazığspor" 16-cı pilləni tutur. Son iki pillədə isə 12 xalı olan Kayseri təmsilçiləri - "Kayserispor"la "Erciyəsspor" yer alıb.
Derbilərin kralı - "Qalatasaray"
Derbilərdə ən çox xal qazanan komanda "Qalatasaray" olub. "Cim-Bom" ilk derbidə "Beşiktaş"ı 2:1 hesabı ilə yenib. Lakin matçın sonunda azarkeşlər meydana çıxdığından qarşılaşma başa çatmayıb və TFF "Qara Qartal"a 0:3 hesablı texniki məğlubiyyət verib. "Fənərbaxça"ya 0:2 hesabı ilə yenilən "Qalatasaray" "Trabzonspor"a qalib gəlib - 2:0. Beləlikləö "sarı-qırmızılılar" "böyüklər"lə oyunda 6 xal qazanıb.
"Fənərbaxça" derbilərdə 5 xal qazanıb. "Qalatasaray"ı udan "sarı-lacivərdlilər" "Qalatasaray"ı udub, "Beşiktaş" və "Trabzonspor"la sülh bağlayıb.
"Qalatasaray"a uduzan, "Trabzonspor"u udub, "Fənərbaxça" ilə heç-heçə oynayıb "Beşiktaş" derbilərdə aktivinə 4 xal yazıb. "Trabzonspor" isə yalnız "Fənərbaxça"dan aldığı bir xala sevinib.
Beşiktaş - Qalatasaray 0:3
Qalatasaray - Trabzonspor 2:1
Fənərbaxça - Qalatasaray 2:0
Fənərbaxça - Trabzonspor 0:0
Fənərbaxça - Beşiktaş 3:3
Beşiktaş - Trabzonspor 2:0

1

Fənərbaxça

17

13

2

2

43 - 19

41

2

Qalatasaray

17

9

6

2

28 - 17

33

3

Kasımpaşa

17

9

4

4

32 - 21

31

4

Beşiktaş

17

8

5

4

30 - 19

29

5

Sivasspor

17

9

2

6

31 - 23

29

6

Eskişəhərspor

17

8

3

6

22 - 15

27

7

Trabzonspor

17

8

3

6

25 - 21

27

8

Karabükspor

17

7

5

5

17 - 17

26

9

Akhisar B.

17

7

4

6

21 - 21

25

10

Bursaspor

17

6

6

5

19 - 19

24

11

Gənclərbirliyi

17

6

3

8

18 - 20

21

12

Qaziantepspor

17

6

3

8

22 - 31

21

13

Konyaspor

17

6

2

9

22 - 26

20

14

Antalyaspor

17

4

6

7

20 - 23

18

15

Rizəspor

17

4

4

9

18 - 25

16

16

Elazığspor

17

4

1

12

19 - 39

13

17

Kayserispor

17

2

6

9

13 - 28

12

18

Erciyesspor

17

3

3

11

12 - 28

12

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər