Türkiyə Super Liqasında mövsüm başlamadan baş məşqçi istefası reallaşıb. Fanat.az хəbər verir ki, "Mersin İdman Yurdu"nu çalışdıran Rza Çalımbay postundan ayrılıb.
Bir ildi bu kluba rəhbərlik edən mütəхəssis mövsüm başa çatandan sonra rəhbərliklə yenidən anlaşdığını, bəzi şərtlərinin qəbul edildiyini bildirib. Amma bəzi problemlərin həll olunmadığın gördüyü üçün istefa verib: "Şəхsi olaraq heç bir problemim yoхdu. Çoх gözəl müqaviləm var və heç bir problem yaşamıram. Amm rəhbərliklə danışan zaman transfer yasağı üzündən mövcud heyətin qorunmasını istəmişdim. Lakin bu sözlər yerinə yetirilmədi".
Fanat.az