Türkiyə Super Liqasında son iki gündə ikinci baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, "Kayserispor"un baş məşqçisi Robert Prosineçkinin ardınca "Qaziantepspor"u çalışdıran Bülent Uyğun istefaya gedib.
Bu barədə Antep təmsilçisi rəsmi açıqlama yayıb: "Baş məşqçisi Bülent Uyğunla prezidentimiz İbrahim Kızıl arasındakı görüşdə tərəflər müqavilənin qarşılıqlı razılıq əsasında pozulması barədə razılıq əldə edib".
Fanat.az