Super Liqada gözlənilməz istefa

Super Liqada gözlənilməz istefa

Ötən mövsüm PTT 1-ci liqada çempion olaraq elitaya yüksələn "Adanaspor"da qəfil ayrılıq yaşanıb.

Fanat.Az xəbər verir ki, Adana təmsilçisinin baş məşqçisi Engin İpəkoğlu klubla yollarını ayırıb. "Adanaspor" məhz onun başçılığı altında bu mövsüm Super Liqaya yüksəlmişdi.

Klubun rəsmi saytında çalışdırıcıyla yeni mövsümün startına bir gün qalmış yollarını ayırmağa məcbur olduqları qeyd olunub. Komandanı bundan sonra kimin çalışdıracağı hələlik açıqlanmayıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər