Super Liqada derbilərin tarixi

Super Liqada derbilərin tarixi

Spor Toto Super Liqasının Turqay Şener mövsümünün püşkatma mərasimi keçirilib.

Fanat.az xəbər verir ki, ilk turda "Fənərbaxça" "Başakşəhər"ə qonaq gedəcək. Son çempion "Beşiktaş" debütant "Alanyaspor"u, "Qalatasaray" isə "Karabükspor"u qəbul edəcək. 

Mövsümün ilk derbisi 5-ci turda oynanacaq. Həmin tur "Beşiktaş" "Qalatasaray"la münasibətlərini aydınlaşdıracaq. 6 tur sonra "Fənərbaxça" - "Qalatasaray" derbisi nəfəsləri kəsəcək. İki həftə sonra isə "Şükrü Saracoğlu"na "Beşiktaş" qonaq gedəcək.

İkinci dövrədə "Qalatasaray" "Beşiktaş"ı 22-ci turda qəbul edəcək. 28-ci turda "Qalatasaray" - "Fənərbaxça", 30-cu turda isə "Beşiktaş" - "Fənərbaxça" qarşılaşmaları oynanacaq.

Ramil Şeydayevin transfer olunduğu "Trabzonspor" ilk turda "Kasımpaşa"nı qəbul edəcək. Qara dəniz klubu "Qalatasaray"la 8-ci, "Beşiktaş"la 10-cu, "Fənərbaxça" ilə 16-cı turda qarşılaşacaq.

Millimizin üzvü Ufuk Budakla U-21-in sabiq oyunçusu Ümit Sönmezin çıxış etdiyi "Kayserispor" "Akhisar Bələdiyyəspor"u qəbul edəcək.

Qeyd edək ki, Türkiyə Super Liqası 19 avqustda başlayacaq, 21 mayda sona çatacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər