Super Liqada darmadağınlı finiş: kim hara gedir?

Super Liqada darmadağınlı finiş: kim hara gedir?
Türkiyə Super Liqasında 2015/16 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün son turun qalan oyunları keçirilib.
"Qalatasaray" son həftədə "Kayserispor"u 6:0 hesablı ilə yenib. "Trabzonspor" eyni hesabla "Kasımpaşa"ya uduzub. Gümüşmedalları qazanan "Fənərbaxça" "Sivasspor"la sülh bağlayıb - 2:2. "Qaziantepspor" "Antalyaspor"u 2:0,"Gənclərbirliyi" "Eskişəhərspor"u 3:1, "Osmanlıspor" "Akhisar Bələdiyyəspor"u 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, turun 3 oyunu dünən keçirilib. Çempion "Beşiktaş" "Konyaspor"a 1:2, "Mersin İdman Yurdu" "Bursaspor"a 2:5, "Saykur Rizəspor" "Başakşəhər"ə 0:1 hesabı ilə uduzub.
Mövsümün yekunlarına əsasən çempion "Beşiktaş" Çempionlar Liqasının qrup, ikinci pillənin sahibi "Fənərbaxça" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Bürünc mükafatçı "Konyaspor" Avropa Liqasının qrup, 4-cü pillənin sahibi "Başakşəhər" III, 5-ci pilləni tutan "Osmanlıspor" II təsnifat mərhələsinə bilet əldə edib.
"Sivasspor", "Eskişəhərspor" və "Mersin İdman Yurdu" PTT 1-ci liqaya düşüb. "Adanaspor" Super Liqaya vəsiqə qazanıb. Digər iki komandanın adına pley-off mərhələsində aydınlıq gələcək.

1.

Beşiktaş

34

25

4

5

75:35

79

2.

Fənərbaxça

34

22

8

4

60:27

74

3.

Konyaspor

34

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər