"Antalyaspor"un yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Super Liqa klubu Fuat Çapaya həvalə olunub.
O, bu postda Samet Aybabanı əvəzləyəcək. Bu barədə klubun prezidenti Gültekin Gencer məlumat verib. Fuat Çapa ilə 1,5 illik anlaşma əldə olunub. 45 yaşlı mütəxəssisin son iş yeri "Erciyəsspor" olub.
Bu arada "Kayserispor" baş məşqçisiz qalıb. Kayseri təmsilçisinin çalışdırıcısı Dominqos Pakienkia postundan ayrılaraq vətəninə yollanıb. Komandanı hazırda davam edən "Bursaspor"la oyuna köməkçi-məşqçi Ertuğrul Seçme çıxarıb.
Fanat.az