Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gün 4 qarşılaşma baş tutub.
"Beşiktaş" doğma meydanda "Eskişəhərspor"u qəbul edib. "Qara Qartal" Ersan Gülümün 89-cu dəqiqədə vurduğu qolla qələbəni bayram edib - 1:0.
Sergen Yalçının başçılıq etdiyi "Qaziantepspor" "Kayserispor"u yenərək uğursuzluğa son qoyub - 2:1. "Gənclərbirliyi" eyni hesabla "Sivasspor"u, "Çaykur Rizəspor" "Antalyaspor"u üstələyib.
Fanat.az