Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, dünən 4 qarşılaşma baş tutub.
"Qalatasaray" "Akhisar Bələdiyyəspor"u qəbul edib. "Cim-Bom" ilk dövrədə uduzduğu (1:2) rəqibinə divan tutub - 6:1. Didye Droqbanın dubl etdiyi oyunda Aleks Telles, Burak Yılmaz və Uesli Sneyder hərəyə bir qol vurub. Bir topu isə Bruno Mezenqa öz qapısından keçirib.
"Bursaspor" evdə "Karabükspor"u, "Erciəsspor" "Konyaspor"u 1:0 hesabı ilə yenib. "Elazığspor" - "Kasımpaşa" matçı isə 0:0 hesabı ilə başa çatıb.
Fanat.az