Həftəsonu Türkiyə Super Liqasında iki baş məşqçi birdən istefa verib. Fanat.az xəbər verir ki, Rıza Çalımbay "Saykur Rizəspor"la, Mustafa Reşit Akçay isə "Trabzonspor"la yollarını ayırıb. Bununla da cari mövsümdə Super Liqada istefa verən baş məşqçilərin sayı 10-a çatıb:
"Qalatasaray" - Fatih Terim
"Trabzonspor" - Mustafa Reşit Akçay
"Bursaspor" - Hikmet Karaman
"Çaykur Rizəspor" - Rıza Çalımbay
"Kayserispor" - Robert Prosineçki
"Qaziantepspor" - Bülent Uyğun
"Konyaspor" - Uğur Tütüneker
"Erciyəsspor" - Fuat Çapa
"Elazığspor" - Trond Sollied
"Gənclərbirliyi" - Metin Diyadin
Fanat.az