Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə altı matç keçirilib. “Antalyaspor” – “Qaziantep” və “Hatayspor” – “Rizəspor” görüşləri "quru sülh"lə başa çatıb. “Kasımpaşa” evdə “Kayserispor”u yenibsə, “Alanyaspor” rəqib meydanında “Girəsunspor”u məğlubiyyətə uğradıb.
Turnir cədvəlinin ikincisi - “Konyaspor” qonaq qismində “Altay”ı tək qolla üstələyib.
Turun mərkəzi qarşılaşması İstanbulda keçirilib. Lider “Trabzonspor” son turlarda xala həsrət qalan “Qalatasaray”ın qonağı olub. Üç qolun qeydə alındığı matç trabzonluların əzmkar qələbəsiylə yekunlaşıb.
Türkiyə Super Liqa XXIII tur
23 yanvar
Antalyaspor – Qaziantep 0:0 Kasımpaşa – Kayserispor 3:1 Qollar: Subaşı, 15-öz qapısına. Bozok, 39. Engin, 52 – Qavranoviç, 12. Hatayspor – Rizəspor 0:0 Girəsunspor – Alanyaspor 1:3 Qollar: Nayir, 41 – Davidson, 5. Akbaba, 6; 90+7. Altay – Konyaspor 0:1 Qol: Koka, 68-pen. Qalatasaray – Trabzonspor 1:2 Qollar: Çikaldau, 31-pen. – Bakasetas, 84. Vişça, 90.
22 yanvar
Yeni Malatyaspor – Beşiktaş 1:1 Qollar: Büyük, 84 - pen. - Aleks Teyşeyra, 61.
Sivasspor – Fənərbağça 1:1 Qollar: Pedro Enrike, 74 - Zayts, 18.
Adana Dəmirspor – Fatih Karagümrük 5:0 Qollar: Assombalonqa, 36, 67, - Akgün, 59, 90+1, Balotelli, 83.
Başakşehir – Göztəpə 1:2 Qollar: Aleksiç, 90+5 - Ndiaye, 38, Akbunar, 87.