Türkiyə Super Liqasında bir neçə oyunun vaxtı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, buna hava şəraitinin əlverişsiz olması səbəb olub.
Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlaması planlaşdırılan "Kayserispor" - "Başakşehir" matçı 1 saat sonra start götürəcək.
Yanvarın 21-i saat 21:00-a təyin olunan "Yeni Malatyaspor" - "Beşiktaş" görüşü növbəti gün saat 14:30-da başlayacaq.
Qeyd edək ki, ötən gün qar səbəbindən birinci hissədən sonra yarımçıq dayandırılmış "Qaziantep" - "Yeni Malatyaspor" qarşılaşması qeyri-müəyyən müddətə ertələnib.