Super Liqa nə vaxt başlayacaq?

Super Liqa nə vaxt başlayacaq?

Türkiyənin futbol üzrə çempionatlarında 2016/17 mövsümünün başlama tarixləri müəyyənləşib. Fanat.az xəbər verir ki, Super Liqa avqustun 19-da start götürəcək.

İlk turun oyunları 19-20-21-22 avqust tarixlərində baş tutacaq. Mövsümün ilk yarısı 16, ikinci yarısı 18 həftə oynanılacaq. I dövrə dekabrın 25-də bitəcək, II yarı 2017-ci iliq 7 yanvarında start götürəcək. Super Liqada mövsüm 21 mayda başa çatacaq. 

Türkiyə Kubokunun final matçı mayın 28-də keçiriləcək.

PTT 1-ci liqada mövsüm avqustun 19-da, 2-ci və 3-cü liqalarda sentyabrın 13-də start götürəcək. 

2015/16 mövsümündə Super Liqanın qalibi olmuş "Beşiktaş"la Türkiyə Kubokunu qazanmış "Qalatasaray" arasındakı Super Kubok matçı avqustun 13-də Konyada keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər