Super Liqa klubunun adı dəyişdirildi

Super Liqa klubunun adı dəyişdirildi
Türkiyə Super Liqasında çıxış edən "Qazişəhər Qaziantep" klubunun adı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti klubun prezidenti Mehmet Büyükekşi məlumat verib.
Prezident bildirib ki, klub bundan sonra "Qaziantep" Futbol Klubu adlanacaq: "Şirkətdə verdiyimiz ilk qərar klubun adının dəyişjirilməsi ilə bağlı idi. Şənbə günü Türkiyə Futbol Federasiyanın prezidenti Nihat Özdemirlə görüşdüm. Mənə oktyabrın 20-də İcraiyyə Komitəsinin iclası olacağını və ad dəyişikiyini orda təsdiqləyəcəklərini bildirdi. TFF qərar verdikdən sonra oyunlara rəsmən "Qaziantep" FK adı ilə çıxacağıq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər