Super Liqa klubunu Nobre çalışdıracaq

Super Liqa klubunu Nobre çalışdıracaq

Türkiyə Super Liqasında 13 matçdır qələbə həsrətində olan və Mustafa Dənizli ilə yollarını ayıran "Altay" yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Mert Nobre kluba yeni baş məşqçi təyin olunub. 

Klubdan verilən açıqlamada komandanın Mert Nobrenin rəhbərliyi altında Super Liqanın qalan hissəsində işini davam etdirəcəyi açıqlanıb. Mustafa Dənizlinin də köməkçisi olan Nobre "Altay"ın "Alanyaspor" matçında baş məşqçi kimi komandanın başında olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər