"Xəzər Lənkəran" Super Liqa klubu ilə yoxlama oyunu keçirə bilər. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Gənclərbirliyi" təmsilçimizlə qarşılaşmaq istəyir.
Təklif Ankara klubundan gəlib. Mustafa Dənizli razılıq versmə, "Gənclərbirliyi" və "Xəzər Lənkəran" yanvarın 13-də Antalyada üz-üzə gələcək.
Qeyd edək ki, "Gənclərbirliyi" Super Liqanın ilk dövrəsini 21 xalla 11-ci pillədə başa vurub.
Fanat.az