Super Liqa klubundan millimizin üzvünə təklif - 500 min avro

Super Liqa klubundan millimizin üzvünə təklif - 500 min avro

"Barsaspor"da çıxış edən milli komandamızın üzvü Dəniz Yılmaz Super Liqanın debütantından transfer təklifi alıb. Fanat.Az xəbər verir ki, futbolçumuzu "Yeni Malatyaspor" klubu heyətinə qatmaq istəyir.

Artıq Malatya təmsilçisi "Bursaspor"a rəsmi təkliflə müraciət edib. Bursalılar futbolçumuz üçün qarşı tərəfdən 500 min avro istəyib. "Yeni Malatyaspor" bu məbləği bir qədər aşağı salmağa çalışır və tərəflər arasında müzakirələr davam edir.

Qeyd edək ki, Dəniz Yılmaz "Bursaspor"a 2016-cı ildə "Trabzonspor"dan transfer olunub. O, ötən mövsümün sonlarında komandadan kənarlaşdırılsa da, yeni baş məşqçi Paul Le Quen tərəfindən heyətə qaytarılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər