Super Liqa klubunda yeni baş məşqçi

Super Liqa klubunda yeni baş məşqçi

“Pendikspor”un yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra İvo Vieyra çalışdıracaq.

Portuqaliyalı məşqçi Türkiyə klubunun bir neçə gün öncə istefaya göndərdiyi Osman Özköylünü əvəz edib. 47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Bu mövsümdən Super Liqada çıxış edən “Pendikspor” keçirdiyi 8 oyunda 4 heç-heçə, 4 məğlubiyyətə üzülüb. Komanda 4 xalla 20 iştirakçı arasında 18-cidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər