Super Liqa klubunda yeni baş məşqçi

Super Liqa klubunda yeni baş məşqçi

“İstanbulspor”un yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hakan Yakın çalışdıracaq.

46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun sonuncu iş yeri “Şaffhauzen” komandası olub.

Yakın İstanbul klubunda bir müddət öncə istefaya göndərilmiş Fatih Tekkeni əvəz edib.

“İstanbulspor” hazırda Super Liqada 2 xalla 20 iştirakçı arasında 19-cudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər