Super Liqa klubunda yeni baş məşqçi

Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Ümraniyəspor” komandasının yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, sözügedən komandanı bundan sonra Mustafa Er çalışdıracaq.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Recep Uçarı əvəz edib.

Er son olaraq “Bursaspor”da baş məşqçi olub. O, 2022-ci ilin yayından işsiz idi.

Bu mövsüm Super Liqada 23 xal toplamış “Ümraniyəspor” 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər