Super Liqa klubunda iki yeni futbolçu

Super Liqa klubunda iki yeni futbolçu

Türkiyənin “Samsunspor” klubu heyətinə iki yeni futbolçu cəlb edib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi çadlı hücumçu Marius Muandilmadji və ingilis müdafiəçi Mark Bolanı transfer edib.

Muandilmadji 3, Bola 2+1 illik müqaviləyə imza atıb.

Marius Belçikanın “Seren” klubundan transfer edilib. 25 yaşlı forvard 2021-ci ildən oynadığı bu komandada 62 oyuna 14 qol vurub.

Bola isə İngiltərənin “Midlsbro” klubundan transfer olunub. 25 yaşlı ingilis futbolçu 2020-ci ildən formasını geyindiyi bu komandada 103 oyuna 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər