Super Liqa klubunda daha 6 yoluxma

Super Liqa klubunda daha 6 yoluxma
Türkiyənin "Fatih Karagümrük” klubunun heyətində koronavirusa yoluxma faktı aşkarlanıb. 
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, komandanın 6 üzvü - Alparslan Erdem, Lukas Kastro, Qaston Kampi, Andrea Bertolacci, Ervin Zukanoviç və Efe Tatlı koronavirusa yoluxub.
Qeyd edək ki, daha əvvəl klubun hücumçusu Fabio Borini və yarımmüdafiəçi Lukas Biqliyada da koronavirus aşkarlanmışdı.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər