Super Liqa klubunda baş məşqçi dəyişikliyi

Super Liqa klubunda baş məşqçi dəyişikliyi

Türkiyə Super Liqasında baş məşqçi dəyişikliyi reallaşıb.

Fanat.Az xəbər verir ki, “Fatih Karagümrük” komandasının baş məşqçisi Şota Arveladze uğursuz nəticələrlə əlaqədar istefa verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı məşqçini 55 yaşlı yerli mütəxəssis Tolunay Kafkas əvəz edib.

“Fatih Karagümrük” bu mövsüm Super Liqada 29 xalla 17-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər