Super Liqa klubunda ayrılıq

Super Liqa klubunda ayrılıq

Türkiyənin “Sivasspor” klubu israilli yarımmüdafiəçisi Dia Sabayla yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu yerli mətbuata açıqlama verib.

O, ailəvi məsələlərlə əlaqədar klubla vidalaşmaq məcburiyyətində qaldığını bildirib. Saba bu mövsümün əvvəlində BƏƏ təmsilçisi “Əl-Nəsr”dən “Sivasspor”a transfer olunmuşdu. O, bu komandada keçirdiyi 4 ay ərzində 20 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. İsrail millisində 11 oyun keçirmiş yarımmüdafiəçi 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər