Super Liqa klubunda 2-si getdi, 2-si gəldi

Super Liqa klubunda 2-si getdi, 2-si gəldi

Türkiyənin “Trabzonspor” klubu heyətinə iki yeni futbolçu cəlb edib. 

Fanat.Az xəbər verir ki, Super Liqa klubu yarımmüdafiəçilər Tonio Tekliç və Göktan Gürpüzü transfer edib.

Qara Dəniz təmsilçisi Xorvatiyanın “Varajdin” klubundan transfer olunmuş Tekliçlə 3 illik müqavilə imzalayıb. 23 yaşlı xorvat futbolçunun transferi trabzonlulara 1 milyon avroya başa gəlib. “Hayduk”un yetirməsi olan futbolçu Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.

Göktan isə Dortmund “Borussiya”sından transfer olunub. 20 yaşlı futbolçu Türkiyə klubu ilə 3+2 illik müqavilə bağlayıb. Trabzon klubu onu azad agent kimi heyətinə cəlb edib. “Borussiya”nın yetirməsi olsa da, bu klubun əsas komandasında forma şansı qazanmamış futbolçu Türkiyənin U-16 və U-21, Almaniyanın U-19 yığmalarında da oynayıb.

Əvəzində “Trabzonspor” bir neçə futbolçusu ilə yollarını ayırıb. Mərakeşli vinger Montasser Lahtimi ölkəsinə qayıdıb. 22 yaşlı futbolçu icarə əsasında “Vidad”a keçib. “Trabzonspor”a ötən ilin avqustunda Mərakeşin digər klubu “Rabat”dan gəlmiş Lahtimi, Türkiyə klubunda cəmi 10 matça çıxıb. 

“Trabzonspor”un daha bir yarımmüdafiəçisi Dorukhan Toköz isə “Adana Dəmirspor”a keçib. 27 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. Toköz Trabzon klubuna 2021-ci ildə “Beşiktaş”dan azad agent kimi keçmişdi. O, bu komandada iki mövsüm ərzində 41 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər