Super Liqa klubunda 11 ayrılıq

Super Liqa klubunda 11 ayrılıq

Türkiyənin “Rizəspor” klubu 11 futbolçusu ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə Super Liqaya yeni vəsiqə qazanmış klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Müqavilə müddəti bitən Yannik Bolazi, Bahadır Öztürk, Alper Potuk, Ronaldo Mendes, Gökhan Gönül, Amilton, Emircan Altıntaş, Kerem Kalafat, Ogün Özçiçek, Haqi Osman və Abdullah Yiğiter Rizə təmsilçisini tərk ediblər.

Rizə klubu onların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər