Super Liqa klubu serbə tapşırıldı

Super Liqa klubu serbə tapşırıldı

“Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı Aleksandr Stanoyeviçə tapşırılıb.

49 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında bu gün istefası açıqlanan İlhan Palutu əvəz edib.

Stanoyeviç son olaraq Serbiyanın “Partizan” komandasına rəhbərlik edib. O, sözügedən klubdan 2022-ci ilin mayında ayrılıb.

Xatırladaq ki, Konya təmsilçisi bu mövsüm Türkiyə Super Liqasında 18 oyuna topladığı 27 xalla 7-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər