Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

Türkiyənin “Ankaragücü” klubunda baş məşqçi istefası reallaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 

Məlumatda Tolunay Kafkasın istefaya göndərildiyi xəbər verilib. 55 yaşlı mütəxəssislə görüşən rəhbərlik belə qərar verib. Rəhbərliyi komandanın ilk 7 turdakı nəticələr qane etməyib. 

Son olaraq “Qalatasaray”a 1:2 hesabı ilə uduzan “Ankaragücü” 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər