Türkiyənin "Altay" klubu baş məşqçisi Mert Nobre ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, sözügedən Super Liqa təmsilçisi rəsmi saytı vasitəsi ilə Nobrenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini bəyan edib.
Yanvarın 15-də "Altay"ın baş məşqçi postunda Mustafa Dənizlini əvəzləyən Türkiyə millisinin sabiq hücumçusu izmirliləri 3 çempionat oyununa çıxarıb.