Super Kubokun keçirilməsinə nə qədər pul xərclənib?

Super Kubokun keçirilməsinə nə qədər pul xərclənib?
Estoniyanın UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün xərclədiyi vəsaitin miqdarı açıqlanıb.
 
Fanat.Az xəbər verir ki, ölkə final matçını qəbul etmək üçün cəmi 7 milyon avro xərcləyib. Bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. 
Onun sözlərinə görə, Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi "Lilleküla” stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.
Superkubokda Çempionlar Liqasının son qalibi "Real"la Avropa Liqasını qazanmış "Atletiko” qarşılaşıb. Madridlilərin duelində "Atletiko" 4:2 hesablı qələbəyə sevinib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər