23 oktyabr 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində keçiriləcək Azərbaycan Super kubokunun nominal ev sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu gün püşkatma keçirilib.
Peşəkar Futbol Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən “Xəzər Lənkəran” klubu Azərbaycan Super kubokunun nominal ev sahibi olacaq.