Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək. Fanat.az xəbər verir ki, Norveçin Trondhaym şəhərindəki "Lerkendal" stadionunda baş tutacaq matçda Çempionlar Liqasının qalibi "Real"la Avropa Liqasını qazanmış "Sevilya" qarşılaşacaq.
Ümumilikdə 41-ci dəfə keçiriləcək Super Kubokun rekordçusu "Barselona" və "Milan"dı. İspaniya və İtaliya klubları 5 dəfə mükafata sahib çıxıb. "Liverpul" 3, "Real", "Ayaks", "Anderlext", "Valensiya", "Yuventus", "Atletiko" 2, "Portu", "Sevilya", "Bavariya", "Mançester Yunayted", "Çelsi", "Dinamo" (Kiyev), "Nottingham Forest", "Aston Villa", "Aberdeen", "Styaua", "Mexelen", "Parma", "Latsio", "Qalatasaray" və "Zenit" hərəyə 1 dəfə qalib olub.
Bu hər iki komanda üçün 5-ci Super Kubok matçı olacaq. İlk dəfə 1998-ci ildə Super Kubok matçına çıxan "Real" "Çelsi"yə 0:1, iki il sonra "Qalatasaray"a 1:2 hesabı ilə yenilib. 2002-ci ildə "Feyenoor"du 3:1 hesabı ilə yenən "Kral Klubü" 2014-də bu günkü rəqibi "Sevilya"ya qalib gəlib - 2:0.
"Sevilya" isə cəmi bir dəfə qalib adını qazanıb. La Liqa klubu 2006-cı ildə digər bir ispaniya klubunu - "Barselona"nı darmadağın edib - 3:0. 2007-ci ildə "Milan"a 1:3, 2014-cü ildə "Real"a 0:2 hesabı ilə yenilən komanda ötən il "Barselona"ya 4:5 hesabı ilə uduzmuşdu.
"Sevilya" ardıcıl üçünü dəfə Super Kubokda iştirak edəcək. Maraqlıdı ki, bu gün oluğu kimi bundan əvvəlki iki Super Kubok matçları da İspaniya klublarının iştirakı ilə baş tutub. "Sevilya" onlaran birində "Real", digərində "Barselona" ilə qarşılaşıb.
İndiyədək Super Kubroku ən çox qazanan ölkə İspaniya olub. La Liqa klubları 12 dəfə kuboka sahib çıxıb. Bu gecə kimin udmasından aslı olmayaraq, kubok 13-cü dəfə İspaniyaya gedəcək.
İtaliya klubları 9, İngiltərə 7, Belçika 3, Hollandiya 2, Portuqaliya, Almaniya, Türkiyə, Ukrayna, Şotlandiya, Rumıniya və Rusiya 1 dəfə qalib olub.
Fanat.Az